Bakı. İlkin Şəfiyev - Trend:
Azərbaycan Dünya Bankından üçüncü “Azərbaycan kənd investisiyaları” (AZRIP-3) layihəsinin reallaşdırılması üçün verilən kreditdən imtina etmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, kənd investisiyaları üzrə layihə vacibdir və bu layihə davam etdiriləcək:
“Sadəcə biz Dünya Bankının kreditlərindən imtina etmək və layihəni daxili vəsaitlər hesabına reallaşdırmaq niyyətindəyik. Bu, onunla əlaqədardır ki, hökumət balanslaşdırılmış kredit siyasəti həyata keçirmək niyyətindədir. AZRIP-3 əsasən tikinti və abadlaşdırma işlərini əhatə edir və xaricdən hər hansı avadanlıq və ya materialın gətirilməsi nəzərdə tutulmur”.