...

Ukraynanın Azərbaycanla bağlı ticari-iqtisadi PLANLARI

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2018 10:08 (UTC +04:00)
Ukrayna Azərbaycanla əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq üçün addımlar atmaq niyyətindədir
Ukraynanın Azərbaycanla bağlı ticari-iqtisadi PLANLARI

Bakı. Azad Həsənli - Trend:

Ukrayna Azərbaycanla əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq üçün addımlar atmaq niyyətindədir. Bu barədə Trend-ə Ukrayna hökümətindən mənbə bildirib.

Mənbə qeyd edib ki, artıq 2018-ci ilin 5 ayının yekunları üzrə ölkələr arasında əmtəə dövriyyəsi 357 milyon dollar (Ukrayna gömrüyünün məlumatı) təşkil edib, bu isə 2017-ci ilin yanvar-may aylarının göstəricisindən 43,5 faiz artıqdır. Azərbaycanın Ukraynaya ixracı idxaldan 80 milyon dollar artıq təşkil edib: "Ukrayna Azərbaycanla əmttəə dövriyyəsinin artırılmasında və əvvəlki həcmin bərpasında çox maraqlıdır. 2010-cu ildə ölkələr arasında ətəə dövriyyəsi 1 milyard dollara yaxın idi. Əvvəlcə biz əvvəlki göstəricilərə qayıtmaq, sonra isə ticarət əməkdaşlığını yeni səviyyəyə çatdırmaq istəyirik".

Bu kontekstdə mənbə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) inkişafının, bu marşrut üzrə sərfəli tariflərin tətbiqinin, eləcə də Ukrayna və Gürcüstan arasında bərə ilə yük daşınmasının bərpasının vacibliyini vurğulayıb: "Azərbaycan logistika şəbəkəsinə çevrilir. Buna o cümlədən "Şimal-Cənub" və "Yeni İpək Yolu" kömək edir. Bütün bunlar bizim biznes üçün maraqlıdır. Azərbaycan tərəfi də əlaqələrin genişləndirilməsində maraqlıdır".

Mənbənin sözlərinə görə, nəqliyyat və energetika sahələrində əməkdaşlıq Ukraynada xüsusi maraq kəsb edir: "Hazırda Azərbaycanın SOCAR dövlət şirkəti öz iştirakını getdikcə genişlədərək Ukraynada fəal işləyir. Şirkət ölkəmizdə yeni böyük layihələri nəzərdən keçirir və biz ümid edirik ki, SOCAR-ın Ukraynada iştirakı zamanla yalnız artacaq. Həmçinin bu yaxınlarda Kiyevdə Azərbaycan Ticarət Evi açılıb və yaxın zamanda Ukraynanın anoloji qurumu Azərbaycanda açılacaq. Ümumilikdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün adıçəkilən sahələrin çərçivəsindən çox kənara çıxan böyük potensial var".

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ilin ilk yarısında Ukrayna ilə əmtəə dövriyyəsi 343,87 milyon dollar təşkil edib. Bunun 146,57 milyon dalları Azərbaycanın mallarının ixracının payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti