...

"McKinsey Global Institute": Azərbaycan ÜDM-in adambaşına düşən artımına görə dünya liderlərindən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2018 10:45 (UTC +04:00)
Azərbaycan ÜDM-in adambaşına düşən artımına görə dünya liderlərindən biridir.
"McKinsey Global Institute": Azərbaycan ÜDM-in adambaşına düşən artımına görə dünya liderlərindən biridir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan "McKinsey Global Institute"un versiyası üzrə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə 11 lider ölkənin siyahısına daxil olub.

Trend-in məlumatına görə, siyahıya adambaşına düşən ÜDM-in illik artımı son 20 il ərzində 5 faizi ötən ölkələr salınıb.

"McKinsey Global Institute"un hesabatına əsasən, 1996-cı ildən 2016-cı ilədək adambaşına düşən ÜDM-in real artımı orta hesabla 8,2 faiz təşkil edib. Bu göstərici üzrə Azərbaycan siyahıda ölkələr arasında yalnız Myanmadan (8,9 faiz) geri qalaraq ikinci yeri tutub.

Azərbaycanla yanaşı, siyahıya Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Hindistan və digər ölkələr daxil olub.

Bundan başqa, "McKinsey Global Institute" 50 il ərzində adambaşına düşən ÜDM-in artımı ilə bağlı proqnozlar verib. Bu qrupa Çin, Honq Konq, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Koreya və Tailand düşüb.

Hesabatın hazırlanması üçün 71 inkişaf etməkdə olan ölkənin iqtisadiyyatı monitorinq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti