...

AYİB: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,5 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2018 15:38 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3,5 faiz səviyyəsində proqnozlaşdırır
AYİB: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,5 faiz artacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3,5 faiz səviyyəsində proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə bankın "Regional iqtisadi perspektivlər: ticarət münaqişələrinin kölgəsində" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının bərpası makroiqtisadi sabitliyin təmin olunması üzrə tədbirlər və yüksək neft qiymətləri ilə dəstəklənir.

Hesabat müəllifləri vurğulayır ki, Dövlət Neft Fondunun aktivlərinin və Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının ümumi həcmi 44,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 8,2 faiz çoxdur:

“Manatın dollara nisbətən məzənnəsi 2017-ci ilin aprelindən sabit səviyyədə qalıb. İnflyasiyanın artım templəri 12,9 faizdən 2,6 faizədək düşüb”.

AYİB ekspertləri həmçinin qeyd edib ki, Azərbaycanın qaz hasilatı və ixracının genişlənməsi iqtisadi artımı dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti