Bakı. Sara İsrafilbəyova - Trend:
Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) yeni prezidenti Dmitri Pankin dekabrın 13-14-ü Bakıya səfər etmək niyyətindədir.
Bu barədə Trend-ə bankdan məlumat verilib.
Məlumatda qeyd olunub ki, o, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında iştirak edəcək və bankın 2019-2022-ci illər üçün strategiyasının müzakirəsi üçün rəsmi şəxslərlə görüşlər keçirəcək.
Xatırladaq ki, D.Pankin bu ilin iyulunda QTİB-in prezidenti olub. O, bu vəzifədə İhsan Delikanlını əvəz edib.