...

İlin sonunadək bütün ixracatçı şirkətlərin "Yaşıl dəhliz" sisteminə qoşulması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2019 13:42 (UTC +04:00)
2019-cu il fevralın 1-dən Azərbaycanda “Yaşıl dəhliz” sisteminə yüzdən çox şirkət qoşulub
İlin sonunadək bütün ixracatçı şirkətlərin "Yaşıl dəhliz" sisteminə qoşulması planlaşdırılır

Bakı. Hüseyn Vəliyev - Trend:

2019-cu il fevralın 1-dən Azərbaycanda “Yaşıl dəhliz” sisteminə yüzdən çox şirkət qoşulub.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

O bildirib ki, ilin sonunadək bu sistemə bütün ixracatçı şirkətlər və 40 faiz idxalatçı şirkətlər qatılmalıdır.

S.Mehdiyev “Yaşıl dəhliz”in tətbiq olunmasını Azərbaycanda biznesin inkişafı üçün qəbul edilmiş ən vacib tədbirlərdən biri və dövlətin sahibkarlığa qayğısının bariz nümunəsi adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti