Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq üzrə bir sıra sazişlər imzalayıblar.
Trend-in məlumatına görə, sənədlər Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Bakıya səfəri çərçivəsində imzalanıb.
“Sumqayıt Texnologiyalar Parkı” MMC “Rostselmaş” Kombayn zavodu ilə əməkdaşlıq və qarşılıqlı münasibətlərin qurulması haqqında saziş və “Transmaşholdinq” SC ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.
“AzOkso” MMC isə “Servis İnvest” MMC ilə çəpərləmə sistemlərinin birgə həyata keçirilməsi niyyəti haqqında memorandum imzalayıb.
Qeyd edək ki, rusiyalı nazirlə yanaşı, Bakıya iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, İKT, avtomobil istehsalı, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox Rusiya şirkətinin nümayəndələri də gəlib.