...

Expressbank-dan Uğurlu gələcəyə dəstək!

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2019 13:18 (UTC +04:00)
Expressbank 19 oktyabrda 5 saylı “Asan xidmət” mərkəzində ASAN Könüllülük məktəbi və ASAN Könüllüləri Təşkilatının gənc üzvləri üçün “Uğurlu gələcəyə dəstək” adlı tədbir keçirib.
Expressbank-dan Uğurlu gələcəyə dəstək!

Bakı. Trend:

Gənc nəslin hərtərəfli inkişafı, motivasiyası və maarifləndirilməsi üçün mütəmadi olaraq müxtəlif KSM layihələri reallaşdıran Expressbank 19 oktyabrda 5 saylı “Asan xidmət” mərkəzində ASAN Könüllülük məktəbi və ASAN Könüllüləri Təşkilatının gənc üzvləri üçün “Uğurlu gələcəyə dəstək” adlı tədbir keçirib.

Görüşdə biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilmanın iştirakı ilə 100-dək ASAN könüllüsünə yazıçının imzası olan kitab və Expresso kartının əldə olunması üçün hədiyyə kuponu təqdim edilib.

Yazıçı Nadir Adilman yaradıcılığının əsas istiqamətlərindən, əsərlərin bədii xüsusiyyətlərindən söz açıb. Tədbirdə həmçinin Expressbankın təlimçisi İT Təhlükəsizlik şöbəsinin müdiri Süleyman Xəlilov tərəfindən gənclər üçün rəqəmsal informasiya texnologiyaları mövzusunda təlim keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin maraqlı məqamları ilə http://bit.ly/2W3sUCa linkdən tanış ola bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti