...

Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2020 10:54 (UTC +04:00)

Bakı. Eldar Canaşvili - Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş sahibkar müraciətlərinin təhlili göstərir ki, bir sıra hallarda qida istehsalı və satışı ilə bağlı normativ prosedurlar, sanitar-gigiyenik normalar haqqında məlumatsızlıq səbəbindən suallar ortaya çıxır.

Trend-in məlumatına görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Qida Biznesi Forumunda qeyd edib.

O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir.

Sədrin sözlərinə əsasən, təkcə 2019-cu ildə 10 mindən artıq sahibkarlıq subyekti qida sektorunda qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından olduqca vacibdir.

O.Məmmədov 2019-cu ildə 8 mindən çox sahibkarın iştirakı ilə maarifləndirici tədbirlərin keçirildiyini və iştirakçıların böyük əksəriyyətinin qida sektorunda təmsil olunuduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti