...

Karantin rejimindən sonra ixrac sifarişləri artıb - "Azexport"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2020 11:15 (UTC +04:00)

Bakı. Trend:

2020-ci ilin yanvar-aprel aylarında "Azexport" portalına 209,2 milyon dollarlıq ixrac sifarişləri daxil olub.

Bu barədə Trend-ə "Azexport"un meneceri Ayxan Qadaşov bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin aprel ayında portalın ixrac sifarişlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 61,5 milyon ABŞ dolları təşkil edib.

"2017-ci ilin yanvarından 2020-ci il aprelin 30-dək (40 ay ərzində) "Azexport" İnternet portalı dünyanın 141 ölkəsinə ixracat sifarişlərini həyata keçirib. Bu məhsul pul ifadəsində 1,794 milyard dollar təşkil edir", - "Azexport"un meneceri deyib.

A.Qadaşovun qeyd etdiyi kimi, "Azexport" İnternet portalı pandemiyanın yayılması zamanı onlayn rejimdə tam işlədiyindən fəaliyyətində problemlər olmayıb və əvvəllər olduğu kimi, portalın fəaliyyəti məsafədən davam edir.

O deyib: "Xüsusi karantin rejimi dövründə ən çox tələbat kənd təsərrüfatı məhsullarına olub. Bunlar əsasən kartof, pomidor, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi və şirniyyat məhsullarıdır. Bundan əlavə, karantin dövründə portaldan alınan sifarişlər arasında soğan, zəncəfil, sarımsaq və digər kənd təsərrüfatı məhsullarına da tələbat müşahidə etdik".

Onun sözlərinə görə, karantin qaydalarının yüngülləşməsi ilə kənd təsərrüfatı məhsullarından əlavə portalda təqdim olunan metal məhsulları, uşaq bezləri, tikinti materialları və digər məhsullara da ixrac sifarişləri artıb.

Xatırladaq ki, "Azexport" (www.azexport.az) dövlət başçısının 21 sentyabr 2016-cı il tarixli "Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" sərəncamı ilə yaradılıb. Bu dövrdə ixrac olunan əsas məhsullar tütün, toyuq əti və yumurta, fındıq, pambıq yağı, şərab, nar, soğan, kosmetika, tibbi ceviz, mebel, boyalar, qənnadı məmulatları, meyvə əlavələri olan süd, mineral su və sarımsaqdır.

İqtisadi islahatların təhlili mərkəzi tərəfindən idarə olunan portalın məqsədi Azərbaycan istehsalı olan məhsullar haqqında məlumat verməkdir, onların xarici və daxili bazarlarda təqdimatı üçün effektiv bir platformadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti