Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:
2020-ci ildə Azərbaycan 2,4 milyon tona yaxın neft emalı və neft-kimya məhsulları, o cümlədən polimer ixrac edib.
Trend bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən məlumat verir.
Ötən il "SOCAR Polymer" şirkəti 132,5 min ton polimer məhsulu, o cümlədən yüksək sıxlıqlı polietilen və müxtəlif növ polipropilen ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 58 faiz çoxdur.
Hesabata əsasən, Azərbaycanda istehsal olunan polimer məmulatlarının əsas ixrac bazarı Rusiya, Türkiyə və Çindir. 2020-ci il ərzində Rusiya "SOCAR Polymer"in ən iri idxalatçısı olub. Ötən il ərzində şirkət həm də Avstriya, Rumıniya və Gürcüstan bazarlarında satışa başlayıb.