Bakı. Trend:
Avtomobil istehsalçıları "Nissan Motor Co", "Renault SA" və "Mitsubishi Motors Corp" alyansının baş katibi vəzifəsinə Veronik Sarla-Depot təyin edilib.
Trend-in məlumatına görə, V.Sarla-Depot hazırda birliyin alış üzrə təşkilatının direktoru vəzifəsini yerinə yetirir.
Bildirilir ki, yeni katib Hadi Zablitin yerinə gələcək. Təyinat 1 aprel tarixindən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, "Renault" səhmləri son məlumatlara görə 0,9% bahalaşıb.