Bakı. Fidan Babayeva - Trend:
Azərbaycanda "PayPal" beynəlxalq elektron ödəniş sisteminin funksiyaları genişləndiriləcək.
Trend-in məlumatına görə, bu barədə "Azexport" portalının rəhbəri Ayxan Qədəşov deyib.
Onun sözlərinə görə, hazırda "PayPal"ın funksiyaları ölkədə qismən işləyir:
"Onun tamhüquqlu işləməsi üçün müəyyən işlər aparılmalıdır. Xüsusilə, bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməlidir. Bu prosesdə "Azərpoçt"un rolu böyükdür".
(Tərcümə: Orxan Nəbiyev)