Bakı. Trend:
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan "Saudi Aramco" dünyanın ən bahalı şirkəti olaraq, "Apple" şirkətini geridə qoyub.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.
Məlumata görə, "Saudi Aramco"-nun səhmlərinin bahalaşmasının əsas səbəbi kimi dünyada neft qiymətlərinin artması və güclənən inflyasiya olub.
Belə ki, çərşənbə günü "Saudi Aramco"- nun bazar kapitalizasiyası 2020-ci ildən bəri ilk dəfə "Apple"-in eyni göstəricisini üstələyərək təxminən 2.43 trilyon dollara bərabər olub. Bu şirkətin tarixində ən yüksək rəqəmdir.