...

Azərbaycanda Avropa biznes ictimaiyyətinin platforması işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2022 15:34 (UTC +04:00)
Azərbaycanda Avropa biznes ictimaiyyətinin platforması işə salınacaq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

"InvestBaku" yeni investisiya platformasını işə salacaq.

Trend-in məlumatına görə, bunu "InvestBaku"nun icraçı direktoru Cavid Mustafayev Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, "EU-Azerbaijan Networking System" iyunun 10-dan etibarən Azərbaycanda işə düşəcək.

O əlavə edib ki, Avropa biznes ictimaiyyətinin platforması Azərbaycanda Aİ şirkətləri ilə təmas qurmaq, yerli tərəfdaş və podratçılar tapmaq, biznesə dəstək infrastrukturlarına çıxış əldə etmək və keçirilən tenderlər barədə məlumatlar əldə etməyə imkan verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti