...

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi bir milyard dollaradək çata bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2022 10:32 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi bir milyard dollaradək çata bilər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübündə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi üç dəfə artıb.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın "QazTrade" şirkətinin baş direktoru Azamat Askarulı Qazaxıstan istehsalçılarının biznes missiyası çərçivəsində deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında ölkələr arasında ticarət dövriyyəsi 100 milyon dollara çatıb.

"Əminəm ki, ilin sonunadək bu göstərici 500 milyon dollara, perspektivdə isə bir milyard dollaradək çata bilər", - deyə o bildirib.

O vurğulayıb ki, Azərbaycana Qazaxıstandan əsasən polad və metal məmulatları, dəmiryol texnikası, lokomotivlər, buğda tədarük olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti