Bakı. Trend:
2022-ci ilin yanvar-sentyabr aylarında "Azexport.az" portalına 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Trend bu barədə bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadən məlumat verir.
Qeyd olunur ki. 2022-ci ilin sentyabr ayında "Azexport.az" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 35,1 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin sentyabr ayında "Azexport.az" portalına edilən ixrac sifarişlərində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (69 ay ərzində) "Azexport.az" portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,048 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19,7 milyon ABŞ dolları olub.