...

Azərbaycanın ümumi daxili məhsulu artım səviyyəsi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2022 12:17 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 5,2 faiz, qeyri-neft-qaz sektorunda əlavə dəyər isə 9,7 faiz artıb.

Trend-in məlumatına görə, bunu bu gün iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İnvestisiyalar və gənc sahibkarlıq forumunda deyib.

Onun sözlərinə görə, bu artım Azərbaycanda aparılan kompleks tədbirlərlə ifadə olunur.

"Azərbaycanın strateji inkişafının yeni mərhələsi innovativ yönümlülüyün və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsi, dayanıqlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş əraziərin reinteqrasiyası kimi hədəfləri əhatə edir. Sahibkarların da qarşıya qoyulan hədəflərin nail olunması üzrə böyük gözləntiləri var", - deyə o bildirib.

E.Əliyev əlavə edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 56,4 milyard dollar, xarici ticarət dövriyyəsi 46 milyard dollar, müsbət saldo isə 23 milyard dollardan çox təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti