...

Azərbaycanın Mərkəzi Bankı hərraca qısamüddətli notlar çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2023 16:50 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Bankı hərraca qısamüddətli notlar çıxarıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycanın Mərkəzi Bankının (AMB) 30 milyon manat məbləğində 168 və 252 günlük qısamüddətli notlarının yerləşdirilməsi üzrə iki hərrac keçirilib.

Trend-in Mərkəzi Banka istinadən məlumatına görə, birinci hərrac zamanı altı investor tərəfindən səkkiz ərizə daxil olub.

Müraciətlərin nominal qiymətlər üzrə ümumi məbləği 18 000 000 manat təşkil edib.

Mərkəzi Bankın qərarına əsasən, bir notun ortaçəkili qiyməti 9630,7165 manat (8,22 faiz) təşkil edib.

Hərracın nəticələrinə əsasən, yerləşdirilən notların həcmi 15 000 000 manat təşkil edib.

Notların söndürülmə tarixi 6 iyul 2023-cü ildir.

İkinci hərracın nəticələrinə əsasən, səkkiz investor tərəfindən 11 ərizə daxil olub.

Nominal qiymətlər üzrə ərizələrin ümumi məbləği 20 320 000 manat təşkil edib.

Mərkəzi Bankın qərarına əsasən, bir notun orta çəkili qiyməti 9411,2857 manat (8,94 faiz) təşkil edib. Yerləşdirilmiş notların həcmi 15 000 000 manat təşkil edib.

Notların söndürülmə tarixi 28 sentyabr 2023-cü ildir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının notlarının alıcıları olaraq yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti