...

Gürcüstan Transxəzər dəhlizi ilə tranzit üçün gömrük infrastrukturunu inkişaf etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2023 14:55 (UTC +04:00)
Gürcüstan Transxəzər dəhlizi ilə tranzit üçün gömrük infrastrukturunu inkişaf etdirəcək

Bakı. Trend:

Gürcüstan ölkənin tranzit potensialının artırılması üçün gömrük-keçid məntəqələrində, o cümlədən Transxəzər dəhlizində infrastrukturu inkişaf etdirməkdədir.

Trend-in məlumatına görə, bu barədə ölkənin maliyyə naziri Laşa Xutsişvili deyib.

"Avrasiyanı birləşdirən Orta dəhlizin rolu get-gedə artmaqdadır, Gürcüstanın gömrük ərazisi ilə tranzit axını əhəmiyyətli dərəcədə artıb. Orta Dəhlizlə daşınan yükün həcmi bir neçə dəfə artacaq. Bizim gömrük dayanmadan artan tranzit axınına xidmət göstərir. Gürcüstan hökumətinin strateji məqsədi mövcud infrastruktur daha effektiv istifadəsi və sürətli inkişafından ibarətdir", - nazir IMEDI telekanalı vasitəsilə deyib.

"2023-cü ildə Gürcüstan-Azərbaycan sərhəddində həmçinin "Laqodexi" gömrük-keçid məntəqəsində yeni infrastruktur açılacaq", - maliyyə naziri deyib. Onun sözlərinə görə, digər keçid məntəqələrində də yeniləmə işləri aparılır. Bundan başqa, avtomobil yollarının tikintisi üzrə "irimiqyaslı layihələr" başladılıb. Yolun əsas hissəsi 2024-cü ilədək tamamlanacaq. Həmçinin dəmiryolu, liman və aviasiya infrastrukturunda da yeniləmə işləri aparılır.

Maliyyə naziri cümə axşamı Beynəlxalq Gömrükçülər Gününə həsr olunmuş monitorinqdə iştirak edib. BM.GE iqtisadi nəşrinə əsasən, Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze görüşdə 2022-ci ildə Gürcüstan ərazisinə 771 min yük avtomobilinin daxil olduğuna dair məlumatlar təqdim edib. Qeyd olunmalıdır ki, bu göstərici 2021-ci ildəkindən 17% yüksək olub.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çinlə Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti