...

Azərbaycanın aqrar parklarında buğda istehsalının həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2023 13:50 (UTC +04:00)
Azərbaycanın aqrar parklarında buğda istehsalının həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanın aqrar parklarında buğda istehsalı 152 min ton, arpa istehsalı 71 min ton, qarğıdalı istehsalı 128 min ton, soya istehsalı 2,7 min ton, silos istehsalı 55 min ton, yonca istehsalı isə 14 min ton təşkil edib.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə istehsal olunmuş 152 min ton buğdanın 59 faizi və ya 89 min tonu sənaye üçün, 20 faizi və ya 31 min tonu toxum, 21 faizi və ya 32 min tonu isə yem məqsədilə istehsal olunub.

"2023-cü ildə Azərbaycanın aqroparklarında sənaye məqsədləri üçün 145 min ton buğda istehsalı proqnozlaşdırılır", - o deyib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycan 2022-ci ildə 1,292 milyon ton buğda istehsal edib ki, bu da 2021-ci ilin göstəricilərindən 12,6 faiz və ya 144,89 min ton çoxdur. Buğda idxalı dəyər baxımından 436,551 milyon dolları keçib (illik 31,6 faiz artım). Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının üç faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti