...

"Raiffeisen Bank International" Azərbaycana iqtisadiyyatın modernizasiyasında yardım göstərməyə hazırdır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2023 11:29 (UTC +04:00)
"Raiffeisen Bank International" Azərbaycana iqtisadiyyatın modernizasiyasında yardım göstərməyə hazırdır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Raiffeisen Bank International" (Avstriya) Azərbaycana iqtisadiyyatının modernizasiyasında yardım göstərməyə hazırdır.

Bu barədə Trend-ə bankdan bildiriblər.

RBI-dan bildiriblər ki, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir, həmçinin pul axınlarının və ticarətin aktivləşməsi müşahidə olunur.

"Bu səbəbdən biz ticari maliyyələşdirmə vasitələrindən istifadə etməklə müasir texnologiyalar əldə etmək yolu ilə Azərbaycana iqtisadiyyatının modernizasiyasında yardım göstərməkdə maraqlıyıq", - bankdan deyiblər.

Qeyd edək ki, "Raiffeisen Bank International" artıq uzun illərdir ki, Avropada Azərbaycanın maliyyə bazarı üçün müxbir bank qismində çıxış edir.

RBI Avstriyanın aparıcı korporativ və investisiya bankı olmaqla yanaşı, özünün daxili bazarı hesab etdiyi Mərkəzi və Şərqi Avropa regionunda aktiv fəaliyyət göstərir. Regionda otuz ölkənin bazarına "Raiffeisen Bank"ın törəmə şirkətləri tərəfindən xidmət göstərilir. Bundan başqa, bu qrupa bir çox digər maliyyə xidməti təminatçıları, məsələn lizinq, aktivlərin idarə olunması, həmçinin birləşmə və satınalma sahəsində xidmət göstərən təminatçılar da daxildir. RBI fəaliyyətini dəstəkləmək məqsədilə bir sıra Asiya və Qərbi Avropa ölkələrində nümayəndəliklərə və xidmət şöbələrinə malikdir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti