...

Yeddi ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan poçt markaları buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2023 13:53 (UTC +04:00)
Yeddi ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan poçt markaları buraxılacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda və 7 xarici ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan poçt markalarının buraxılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu şənbə günü Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu poçt markaları artıq Türkiyə, Rusiya və Qazaxıstanda dövriyyəyə buraxılıb.

"Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər çərçivəsində bu il Azərbaycanda 11 növ poçt markası buraxılacaq", - deyə nazir əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti