...

Qazaxıstan Orta Dəhliz vasitəsilə yük daşımalarını artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2023 23:51 (UTC +04:00)
Qazaxıstan Orta Dəhliz vasitəsilə yük daşımalarını artırmağı planlaşdırır
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarını artırmağı və 2030-cu ilə qədər ildə 500 min konteynerə çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci "Mərkəzi Asiya + Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası" Sammitində çıxışı zamanı deyib.

Tokayev qeyd edib ki, Qazaxıstan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün tədbirlər görür.

"Hazırda regionumuzun ölkələri marşrutların şaxələndirilməsi, müxtəlif infrastruktur və logistika layihələrinin inkişafı istiqamətində fəal tədbirlər həyata keçirir. Qazaxıstan öz növbəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasına üstünlük verir.

Biz bu marşrutla yük axınını sistematik şəkildə artırmaq və 2030-cu ilə qədər onu ildə 500 min konteynerə çatdırmaq niyyətindəyik. Bundan əlavə, Qazaxıstan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün də tədbirlər görür", - deyə Qazaxıstan Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti