Bakı. Trend:
2023-cü ilin yanvar-iyun aylarında Özbəkistana 18 xarici ölkədən 143 milyon dollar dəyərində 34 300 yük avtomobili gətirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin Statistika Agentliyinin məlumatında deyilir.
Çin Özbəkistana yük avtomobillərinin əsas ixracatçısı olaraq qalır (33 450 yük maşını və ya ümumi sayın 97,5 faizi).
İkinci yerdə Koreya (313), üçüncü - Polşa (261), dördüncü - Rusiya (180), beşinci yerdə isə Almaniya (34) qərarlaşıb.