...

Dövlət müəssisələrinin rəqəmsallaşdırılması üçün nəzərdə tutulan "Digital Bridge" layihəsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2024 14:46 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət müəssisələrinin rəqəmsallaşdırılması üçün nəzərdə tutulan "Digital Bridge" ("Rəqəmsal körpü") layihəsi, demək olar ki, başa çatıb.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Elturan Əhmədbəyli Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.

"Rəqəmsal layihələrimizin mühüm hissəsi dövlət müəssisələrinin rəqəmsallaşdırılmasıdır. Bunu üçün "Digital Bridge" adlı layihəmiz mövcuddur və demək olar ki, tamamlanıb. Bundan başqa, nazirliyin hazırda üzərində işlədiyi daha bir layihə kiçik və orta biznesin (KOB) rəqəmsallaşdırılmasıdır", - deyə o bildirib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda İKT müəssisələri tərəfindən 3,206 milyard manatlıq xidmət göstərilib. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 16,3 faiz artıb.

Qeyd edək ki, bu xidmətlərin 71,8 faizi əhaliyə göstərilib.

Hesabat dövründə Azərbaycanda mobil rabitə xidmətlərindən 1,158 milyard manat gəlir əldə edilib ki, bu da telekommunikasiyalar bazarında gəlirlərin ümumi həcminin 36,1 faizini təşkil edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti