...

Maliyyə bazarları üç əsas qısamüddətli risklərlə üzləşir - BVF

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2024 20:00 (UTC +04:00)
Maliyyə bazarları üç əsas qısamüddətli risklərlə üzləşir - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə bazarları üç əsas qısamüddətli risklərlə üzləşir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə müşaviri və Pul-Kredit Sistemləri və Kapital Bazarları Departamentinin direktoru Tobias Adrian BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal maliyyə sabitliyi hesabatı üzrə brifinqdə deyib.

"Maliyyə bazarlarında yüksək nikbinlik müşahidə edirik. İnflyasiyanın bütün dünya ölkələrində hədəf səviyyəyə çatacağı, iqtisadi aktivliyin isə ləngiyəcəyi gözlənilir. Kredit spredləri hətta daha riskli borcalanlar üçün azalıb. Son 1-1,5 il ərzində qlobal bazarlardan təcrid olunmuş bir çox ölkə ilin əvvəlindən bazara qayıdıb. Bununla belə, bəzi qısamüddətli və ortamüddətli risklər mövcuddur", - T.Adrian deyib.

O, qısamüddətli risklərin ilk növbədə inflyasiya ilə əlaqəli olduğunu qeyd edib.

"İnflyasiyanın azalacağını proqnozlaşdırırıq. Lakin müxtəlif ölkələrdə şübhəsiz, inflyasiyanın necə sürətlə azalması və mərkəzi bankların gələcəkdə inflyasiyanı hədəf səviyyəyə qaytarmaq üçün edə biləcəkləri arasında müəyyən fərqlər var. Bu, risklərdən biridir. İkinci qısamüddətli risk ondan ibarətdir ki, kifayət qədər aşağı volatillik, bazara aktivləri arasında akifayət qədər yüksək korrelyasiya müşahidə edirik, təməl qeyri-müəyyənlik isə bir qədər yüksək olaraq qalır. Dünyada çox geosiyasi gərginlik var. Gələcəkdə iqtisadi vəziyyətin təkrar qiymətləndirilməsi ilə nəticələnə biləcək digər iqtisadi müəssisələr də mövcuddur", - T.Adrian deyib.

O, üçüncü məsələnin bəzi regionlarda kredit spredlərinin və əsas kredit keyfiyyətinin azalması ilə əlaqəli olduğunu əlavə edib.

"Bütünlükdə dünya iqtisadiyyatı çox güclüdür. Biz bunu ABŞ-də gördük və hərfiyyən dünən Çin gözlənildiyindən daha yüksək ÜDM göstəriciləri bəyan edib. Beləliklə, böyük irəliləyiş müşahidə edirik, lakin müəyyən ölkələrdə defolt səviyyəsi artmaqdadır və bu, müəyyən qədər zəiflikdir", - T.Adrian deyib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

Xəbər lenti

Xəbər lenti