Bakı. Trend:
Azərbaycanda rəqəmsal sahəyə, xüsusən onlayn əməliyyatlar və internet bankçılığa maraq artmaqdadır.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının eksperti Xalisə Şahverdiyeva Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.
"Tədqiqatlar göstərir ki, əhalinin 47 faizi onlayn əməliyyatların aparılması haqqında daha çox öyrənməyə çalışır, 40 faizi isə internet bankçılıqla maraqlanır", - ekspert deyib.
Onun sözlərinə görə, rəqəmsal təlimə ən çox ehtiyac Naxçıvanda müşahidə olunur, burada Kəngərli rayon sakinlərinin 87 faizi və Şərur rayon sakinlərinin 79 faizi rəqəmsal bacarıqlarını artırmaq istəyini bildirib.
"Bundan başqa, kənd təsərrüfatı sektoru həmçinin əlçatan internet rəqəmsal əkinçilik, dəqiq əkinçilik və marketinq kimi "ağıllı" əkinçilik üsullarını tətbiq etməklə əlçatan internetdən də faydalana bilər", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)