Azərbaycan hökuməti gələn il üçün inflyasiya göstəriciləri üzrə öz ehtimallarını müəyyənləşdirib. Trend in verdiyi məlumatda bildirilir ki, Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, 2006-cı il üçün inflyasiyanın proqnoz göstəricilərinin səviyyəsi 9 %-dən yuxarı olmayacaq.
Bu göstərici faktiki olaraq müxtəlif nazirliklər və idarələr tərəfindən təşqdim edilmiş inflyasiya göstəricilərini dəhlizlərinin variantlara arasında orta hesablamanın nəticəsidir. Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, əvvəllər gələn i üçün inflyasiya ehtimallarının iki variantı - 5-7%-lik dəhliz və 10-12%-lik dəhlizlər ehtimal edilirdi.
"Ehtimal edilən 9% inflyasiya səviyyəsi ölkə iqtisadiyyatının yüksəlməsinin təmin etməyə imkan verər ", - deyə Ə. Ələkbərov bildirib. Ölkə hökuməti fəal iqtisadi siyasət yürüdür və bunun da nəticəsində büdcə gəlirlərinin və əhalinin pul gəlirlərinin həcmi artır. Belə ki, 2006-cı ildə pul gəlirləri 27,4%, orta əmək haqqı isə ən azı 25% artacaq. "Bununla əlaqədar inflyasiyanın səviyyəsini 5-6% səviyyəsində proqnozlaşdırmaq real deyil ", - deyə Ə.Ələkbərov qeyd edib.