...

ABŞ-ın yardım agentliyi Azərbaycanda ictimai investisiyalar siyasəti layihəsinin reallaşdırılmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2006 18:16 (UTC +04:00)

ABŞ-ın Yardım Agentliyinin maliyyə dəstəyi çərçivəsində Azərbaycanda ictimai investisiyalar siyasəti layihəsinin reallaşdırılmasına başlayıb. Trend in Azərbaycandakı diplomatik nümayəndəliyinin press-relizinə istinadən yaydığı məlumatda bildirilir ki, layihə Azərbaycan hökumətinə makro, sektor və planlaşdırma məsələləri üzrə yardım göstərilməsini nəzərdə tutur.

Fevralın 28-nə kimi ölkənin İqtisadi İnkişaf Nazirliyi ilə birgə ictimai sektorda investisiyaların təhlili və idarə olunması üzrə treninqlər keçiriləcək. Treninqlərin bu proqramı martın 13-dən aprelin 6-na kimi davam etdiriləcək. Lakin ölkə hökumətinin xahişi ilə yayın əvvəlində təkrar sessiyaların keçirilməsi planlaşdırılır. Treninqlərdə Prezident Aparatının, Nazirlər Kabinetinin, Milli Bankın və digər Nazirliklərin investisiya siyasəti sahəsində mütəxəssislər iştirak edirlər.

Treninqlər interaktiv formada keçiriləcək və güclü və balanslaşdırılmış makroiqtisadi siyasət və strategiya məsələlləri müzakirə olunacaq. Onları ölkənin qeyri-neft sektorunun inkişafı üçün ehtiyatlardan məhdud istifadə edilməsinin səmərəliliyinin əhəmiyyətindən bəhs edəcək layihənin rəhbəri Mete Durdaq və mütəxəssis Riçard Ensen aparacaqlar.

Xəbər lenti

Xəbər lenti