...

Dövlət Baytarlıq Xidməti quş qripi virusunun 165C tempuraturda məhv olması barədə şayiələri təkzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2006 15:52 (UTC +04:00)

Kənd Təsərrüfağtı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bir sıra KİV-də "quş qripi" virusunun 70 dərəcə deyil, yalnız 165 dərəcə temperaturda məhv olması barədə yayılan məlumatları təkzib edir. Trend in verdiyi məlumata görə, bu barədə dövlət strukturunun məlumatında bildirilir.

Məlumatda bildirilir ki, belə qeyri-dəqiq məlumatlar əhalinin etimadına mənfi təsir göstərir və sonda adamlar arasında təşviş yaradır.

Dövlət strukturunun məlumatında bildirilir ki, "quş qripi" virusu su altında 4 gün, adi şəraitdə 30 gün, aşağı temperatur şəraitində 6-12 ay, quş peyinində 3 aya yaxın yaşaya bilər. Bu zamana virus 65-70 dərəcə temperaturda 5 dəqiqə ərzində, 100 dərəcə istilikdə isə daha tez müddətdə məhv olur. Virus müxtəlif dezinfeksiyaedici maddələr tərəfindən də məhv edilə bilər.

" Belə nəticələrə təkcə Azərbaycanda deyil, dünyanın bütün elmi-tədqiqat müəssisələrində gəliblər və biz əhalini bu cür yanlış informasiyalara inanmamağa çağırırıq", - deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti