...

Azərbaycanda bəyannamələri könüllü təqdim edənlərin sayı 4% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2006 14:03 (UTC +04:00)

Dəqiqləşdirilmiş məlumata görə, 2005-ci ilin yekunlarına əsasən, könüllü əsasda fiziki şəxslərdən tutulan gəlir vergisi və hüquqi şəxslərdən tutulan mənfəət vergisi üzrə bəyannamələr 93,1% təşkil edib ki, bu da 2004-cü il üçün olan göstəricidən 3,8% çoxdur. Trend in xəbər verdiyi kimi, bu bardə aprelin 27-də keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ümumi sayı 13 148 olan bu vergi ödəyicilərindən 12242 hüquqi və fiziki şəxs öz gəlirlərini açıqlayıb. Bəyannamələrin verilmə tarixi martın 31-də başa çatıb. Aprelin 1-dən isə fiziki şəxslərin gəlirlərinə dair vergi bəyannaməsinin yeni forması qüvvəyə minib. Martın 31-dək bəyannaməni təqdim edə bilməyən vergi ödəyiciləri yeni formadan istifadə edə bilər.

Bu gün 3345 gəlir vergisi ödəyicisi var. Bunun 3199-u bəyannamələri vaxtında təqdim edib ki, bu da ümumi göstəricinin 95,6%-ni təşkil edir. Mənfəət vergisi ödəyicilərindən cəmi 92,2% (9043) öhdəliyi yerinə yetirib. Bu vergi ödəyicilərinin ümumi sayı isə 9803 təşkil edir.

Xəbər lenti

Xəbər lenti