"Quş qripi" virusunun qarşısının alınması və bu sahədə işləyən qurumların fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət komissiyası, Bakı Şəhər İcra Hakimiyyəti və Respublika Quşçular Cəmiyyəti mayın 7-də quş məhsularrının növbəti yarmarkasını keçirəcək. Bu barədə Trend ə Respublika Quşçular Cəmiyyətindən xəbər verilib.
Yarmarkada Quşçular Cəmiyyətinə daxil olan quş fabriklərinin məhsulları təklif olunacaq. Təqdim olunacaq bütün məhsulların təhlükəsizliyinə zəmanət veriləcək.