...

Bakıda nəqliyyat üzrə konfrans öz işinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2006 16:42 (UTC +04:00)

Bu gün Bakıda TRANSCASPIAN - 2006 "Nəqliyyat, Tranzit, Logistika" 5-ci beynəlxalq sərgisi çərçivəsində ilk dəfə "Genişlənən Avrasiya kontekstində Avrasiya nəqliyyat əlaqələri" mövzusunda konfrans öz işinə başlayıb. Trend in verdiyi məlumata görə, konfrans Azərbaycanın Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.

Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov öz çıxışında hazırda Azərbaycanın mühüm nəqliyyat yollarının qovuşağında yerləşdiyini və beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etdiyini qeyd edib. Hazırda respublikada yüklərin daşınmasının illik həcminin artımı müşahidə olunur.

Eləcə də, 1996-cı ildə TRACECA nəqliyyat dəhlizi ilə 1,6 mln. tona yaxın müxtəlif yüklər daşınıb. Onlardan 600 min tona yaxını dəmiryolu nəqliyyatı ilə daşınıb. Ötən il nəqliyyat dəhlizi ilə daşınmaların həcmi 43 mln. tonu keçib. Bu zaman həmin həcmdən 15 mln. tonunu neft və neft məhsulları təşkil edir.

Konfransın gedişində Azərbaycan iqtisadiyyatında nəqliyyatın rolu, nəqliyyat sektorunun inkişafı strategiyasının əsas istiqamətləri, regionda beynəlxalq daşınmaların inkişaf perspektivləri, Şimal-Cənub və Qərb-Şərq dəhlizlərini birləşdirən yerüstü nəqliyyat qovşaqlarının əhəmiyyəti, infrastrukturların rekonstruksiyası və nəqliyyat vasitələri parkının müasirləşdirilməsi,yeni texnologiyaların və innovasiya proqramlarının tətbiqi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti