...

Antiinhisar departamenti audiovizual sənaye mallarının saxtalaşdırma və piratçılıq faktlarını aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2006 17:41 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyasət üzrə departamenti yerli müğənnilərin ifasında audiovizual sənaye mallarının satışı üzrə 20 təsərrüfat subyektində monitorinq keçirib. Trend in nazirliyin press-relizinə istinadən verdiyi xəbərə görə, monitorinq piratçılıq və saxtalaşdırma faktlarının araşdırılması məqsədi ilə keçirilib.

Monitorinqin nəticələrinə görə, satışda üzərində istehsalçının (studiyanın), ünvanın və məhsulun mənşəyi haqqında digər lazımi məlumatların göstərilmədiyi CD, audio və videokassetlər aşkar olunub. Reydlər zamanı həmçinin məhsulun mənşəyi və qiymətini təsdiq edən əlavə sənədləri olmayan audiovizual sənaye mallarının satışı faktı da aşkar olunub. Nəticədə 1700-dən artıq audiovizual mal satışdan çıxarılıb və nümunələr ekspertiza üçün İnsan haqları üzrə Agentliyə təqdim olunub.

Ekspertizanın ilkin nəticələrinə əsasən, tədavüldən çıxarılan malların saxta və pirat məhsulu olduğu təsdiqlənib. Onların yerli studiyalar tərəfindən istehsal olunduğunu nəzərə alaraq, yaxın günlərdə Antiinhisarçılıq departamenti Agentliklə birlikdə audiovizual sənaye mallarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətini araşdırmağı planlaşdırır.

Departament audiovizual sənaye mallarının satış bazarında monitorinqi davam etdirmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti