...

Manatın məzənnəsinin möhkəmlənməsi korporativ istiqrazlar portfelinin diversifikasiyasına səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2006 20:58 (UTC +04:00)

2006-cı ilin sonuna qədər korporativ istiqrazlarda yerləşdirilmiş manat aktivlərinin qalxması gözlənilir. Prezident yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Gündüz Məməmdovun Trend ə verdiyi məlumata əsasən, manatın məzənnəsinin qalxması üzündən birinci yarım ildə korporativ istiqrazlar portfelinin diversifikasiyası müşahidə olunub. O hesab edir ki, ilin sonuna qədər manat aktivlərinin qalxması davam edəcək.

Milli valyuta məzənnəsinin möhkələnməsi qiymətli kağızlar bazarının qeyri-rezidentləri üçün cəlbedici edir.

Yarım il ərzində 6 emitent tərəfindən korporativ istiqrazların 6 mln manat həcmində 3 buraxılışı və $10,160 mln. həcmində 4 buraxılışı qeydə alınıb, halbuki ötən ilin müvafiq dövründə istiqrazların qeydiyyatı aparılmırdı.

2006-cı ilin yanvar-iyun aylarında koorporativ istiqrazların yerləşdirilməsi həcmi 9,621 mln. manat təşkil edib. Bu, ötən ilki göstəricidən 31,86 dəfə çoxdur. Korporativ istiqrazların ikinci bazarında əməliyyatların həcmi 992,606 min manat təşkil edib ki, bu da ötən ilki göstəricidən 9,41% çoxdur.

Xəbər lenti

Xəbər lenti