...

Azərbaycanın Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə təxminən 292 mln. manat ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2006 15:27 (UTC +04:00)

İlkin məlumatlara görə, 2006-cı ilin yanvar-iyul aylarında proqnozlaşdırılmış 286,33 mln. manat əvəzinə Dövlət Gömrük Komitəsi (DGK) ölkənin dövlət büdcəsinə 291,79 mln. manat gömrük ödənişi və vergi ödəyib. Beləliklə də proqnozu 101,91% yerinə yetirib. Bu barədə Trend DGK-ya istinadən xəbər verib.

Bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 94,04 mln manat və ya 47,55% çoxdur.

07.08.06 tarixinə Azərbaycan Milli Bankının məlumatlarına görə, dolların manata nisbətən rəsmi məzənnəsi 0,8878 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti