...

"Unibank"a "Al Kart"la bağlı müraciətlər artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2006 17:25 (UTC +04:00)

"UniBank" KB tərəfindən "AL Kart" layihəsinin həyata keçirilməsinin birinci ayınin təhlili bu məhsula yüksək tələbat olduğunu göstərir. Trend banka istinadən xəbər verir ki, hər gün Banka "AL Kart" kredit kartının verilməsi üçün 45-50 civarinda sifariş daxil olur.

Müştəri xidməti praktikasını daim təkmilləşdirərək "UniBank"-ın menecmenti gələcək perspektivdə müraciətin "UniBank"-ın "Call-Senter" məlumat xidməti vasitəsilə telefonla doldurulmasi imkanının tətbiqi barədə qərar qəbul edib.

"UniBank" "AL Kart" brendini cari il iyul ayının 3-də təqdim edib. Bu ad altında yeni məhsul - kredit kartı işə buraxılmışdı. Layihə bütövlükdə "Nə istəsən - AL" devizi altinda həyata keçirilir.

Bu gün layihə çərçivəsində Bankın müştəriləri "AL Kart"-ı həcmi 500-dən 3000 ABŞ dollarina və ya Azərbaycan manatına qədər dəyişən, illik 26%-lə təqdim olunan kredit xətti ilə birlikdə əldə etmək imkanına malikdir. Özü də kredit üzrə faizlər ancaq onun istifadə olunmuş hissəsinə hesablanir. Faizlərin hesablanmasi hər yeni ayın 6-dan start götürür, bu isə müddəti 30 təqvim gününə kimi çata bilən güzəşt dövrü ərzində kredit xəttinin vəsaitindən tamamilə pulsuz istifadə etmək imkanı verir.

Bundan əlavə, "AL Kart" əldə etmiş müştəri həm də öz vəsaiti hesabina karta əmanət əlavə etmək imkanına malikdir. Bu halda "UniBank" kart hesabının depozit hissəsinin məbləğinə illik 5% hesablamaği öhdəsinə götürür.

Kart 1 il müddətinə verilir. "AL Kart"-dan istər ölkə daxilində, istərsə də xaricdə istifadə etmək olar.

Xəbər lenti

Xəbər lenti