...

Gəncədə 46 avtomobil saxlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2006 16:47 (UTC +04:00)

Gəncə Dövlət Yol Polisi İdarəsinin "Təmiz hava" aylığı çərçivəsində keçirdiyi tədbirlər nəticəsində 46 avtomobil saxlanılaraq cərimə olunub. Sözügedən idarənin rəis müavini Rahil Məmmədovun sözlərinə görə, saxlanılan və cərimə edilən sürücülərin idarə etdikləri avtomobillər havaya normadan artıq zəhərli qazlar buraxıb. Belə olan halda həmin avtomobillərin əsaslı təmir olunması və ya əks təqdirdə istismardan çıxarılması tövsiyyə edilir.

R.Məmmədov onu da əlavə edib ki, ayın sonuna kimi bu istiqamətdə müxtəlif geniş reydlərin keçirilməsi planlaşdırılır. Ətraf mühitə buraxılan zəhərli qazların təyini üçün idarəyə müasir avadanlıq da gətirilib.

Xəbər lenti

Xəbər lenti