...

Batumidə Gürcüstan-Azərbaycan biznes-forumu başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2006 14:53 (UTC +04:00)

Bu gün Batumidə Gürcüstan-Azərbaycan biznes-forumu başlanıb. Gürcüstanın İqtisadiyyat Nazirliyindən Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, gürcü tərəfdən tədbirdə Gürcüstanın baş naziri Zurab Noqaideli, Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze, Acarıstan Muxtar Respublikası hökümətinin nümayəndələri və iş adamları iştirak edir.

Forumda Azərbaycan tərəfini Azərbaycanın baş naziri Artur Rəsizadə, həmçinin böyük Azərbaycan şirkətləri, o cümlədən "Ata Holding" SC, "Kaspian servis", Azərbaycan Beynəlxalq Bankı, "Azəriqazbank", "Hidromaşservis" və biznes sahəsinin digər nümayəndələri təmsil edir.

Biznes-forumda, əsasən, iki ölkə arasında iqtisadi əməkdaşlıq, kapital qoyma və turizmin inkişafı barədə danışılacaq. İrakli Çoqovadze qonaqları Gürcüstan iqtisadiyyatının prioritetləri və inkişaf perspektivləri ilə tanış edəcək.

Gürcüstan və Azərbaycan iş adamları arasında dördtərəfli görüşlər keçiriləcək. Forum çərçivəsində gürcü çaxırının təqdim edilməsi planlaşdırılıb.

Azərbaycanın nümayəndə heyəti Gürcüstanı avqustun 18-də tərk edəcək.

Xəbər lenti

Xəbər lenti