...

Vergilər Nazirliyi kassa aparatlarından istifadə qaydalarına riayət olunması üzrə operativ nəzarət tədbirlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2006 19:14 (UTC +04:00)

Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsinə nəzarət məqsədilə iyulun 24-dən başlanmış genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir.

Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin məlumatında deyilir.

Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlumatına görə, avqustun 28-dək 68483 obyektdə yoxlama aparılıb. Yoxlamalar zamanı qanunvericiliyin pozulması ilə bağlı 17892 fakt aşkar edilib. Nəticədə həmin obyektlərə qarşı 1637064 AZN məbləğində cərimə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti