...

Azərbaycan Sahibkarlar Konfederasiyası korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2006 20:32 (UTC +04:00)

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASTMK) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USİAD) vəsaiti hesabına Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin dəstəklədiyi "Korrupsiyaya qarşı mübarizədə sahibkarların (işəgötürənlərin) və onların ictimai birliklərinin rolunun gücləndirilməsi" layihəsi üzrə nəzərdə tutulan tədbirləri davam etdirir.

Trend in ASTMK-nın məlumatına istinadən xəbər verdiyi kimi, layihənin əsas məqsədi bazar iqtisadiyyatına keçid mərhələsində sahibkarlıq subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Layihə həmçinin sahibkarların korrupsiyaya məruz qalmalarının qarşısının alınması məqsədi ilə onların maarifləndirilməsini, ictimai birliklərinin ictimai təsir gücünün artırılmasını nəzərdə tutur. Məlumatda deyildiyi kimi, konfederasiyanın nəzdində Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin yaradılması, bu sahədə fəaliyyəti Dövlət Qulluğu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə əlaqələndirmək planlaşdırılıb.

ASTMK korrupsiya faktına daha çox hansı sahələrdə rast gəlindiyini müəyən etmək məqsədi ilə araşdırmalar aparıb. Hesabatın ilkin müzakirələri martın 15 və 16-da Mingəçevir və Gəncədə, martın 28-də isə Əli Bayramlıda keçirilib. Hesabat Bakı, Gəncə, Əli Bayramlı və Mincəçevirdə 150 sahibkar arasında keçirilmiş sorğu əsasında hazırlanıb.

Tədbirlərin nəticəsinə dair sentyabrın 22-də yekun konfrans keçiriləcək.

Xəbər lenti

Xəbər lenti