...

Azərbaycan Dövlət Neft Fondu Müşahidə Şurasının toplantısı keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2006 19:45 (UTC +04:00)

Oktyabrın 31-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə layihəsinin müzakirəsi üçün baş nazir, fondun Müşahidə Şurasının sədri Artur Rəsizadənin sədrliyi altında Müşahidə Şurasının növbəti toplantısı keçirilib.

Trend ARDNF-nin məlumatına istinadən xəbər verir ki, müşavirədə Neft Fondunun 2007-ci il üçün büdcəsi ilə yanaşı fondun vəsaitlərinin istifadəsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və il ərzində ARDNF-nin idarəsi ilə bağlı xərclərin smeta layihəsi nəzərdən keçirilib. Fondun başçısı Şahmar Mövsümov bildirib ki, gələn il üçün ARDNF gəlirləri 1,5 mlrd. manat, xərcləri isə - 1 mlrd. manat həcmində planlaşdırılıb.

Müzakirələrin yekununda layihələr təsdiqlənib və onları ölkə prezidentinin təsdiqinə göndərmək tövsiyyə olunub.

Baş nazir yenidən Neft Fondu Müşahidə Şurasının sədri seçilib.

Xəbər lenti

Xəbər lenti