...

Kurqan vilayəti administrasiyasından olan nümayəndə heyətinin səfəri təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2006 11:12 (UTC +04:00)

Rusiya Federasiyasının Kurqan vilayəti administrasiyasından olan nümayəndə heyətinin noyabrın 15-də Bakıya nəzərdə tutulmuş səfəri dekabrın 24-nə təyin olunub. Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyindən Trend ə verilən məlumata görə, Rusiya tərəfi nümayəndə heyətinə Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun rəhbərlik edəcəyi ilə bağlı məlumat verib.

Səfər çərçivəsində Azərbaycan və Kurqan vilayəti hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində sazişin imzalanması planlaşdırılır.

Nümayəndə heyətinin tərkibində maşınqayırma və digər sənaye sahələrində ixtisaslaşmış iş adamlarından ibarət qrup da təmsil olunacaq. Artıq Azərbaycan tərəfinə bu iş adamlarının ölkə sahibkarları ilə görüşməsi istəyinə dair məlumat verilib. Bununla əlaqədar biznes-forumun keçirilməsi planlaşdırılır.

Səfərin 2-3 gün davam edəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti