...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 19:46 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi, Azərbaycan Milli Bankının müəyyən etdiyi kimi, 0,0001 bənd (0,01%) möhkəmlənib. Ötən həftə 1 ABŞ dollarına görə orta məzənnə 0,87206 manat səviyyəsində müəyyən olunub.

Trend xəbər verir ki, ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi dekabrın 11-i, 12-si və 13-ü (1 ABŞ dollarına görə 0,8721 manat), minimal məzənnə isə dekabrın 14 və 15-də (1 ABŞ dollarına görə 0,8720 manat) müəyyənləşdirilib.

ABŞ dollarına nisbətən manatın rəsmi məzənnəsi

dollarına nisbətən manatın rəsmi məzənnəsi

4 dekabr

0,8723

11 dekabr

0,8721

5 dekabr

0,8723

12 dekabr

0,8721

6 dekabr

0,8722

13 dekabr

0,8721

7 dekabr

0,8723

14 dekabr

0,8720

8 dekabr

0,8723

15 dekabr

0,8720

Həftə ərzində orta

0,87226

Həftə ərzində orta

0,87206

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən birja məzənnəsi, Bakı Banklararası valyuta birjasındakı hərraclar nəticəsində müəyyən olunduğu kimi, 0,0001 bənd (0,01%) artıb. Orta məzənnə 1 ABŞ dollarına nisbətən 0,87206 manat səviyyəsində müəyyənləşdirilib.

Ötən həftə dolların manata nisbətən maksimal məzənnəsi dekabrın 11, 12 və 13-də (1 ABŞ dollarına görə 0,8721 manat), minimal məzənnə isə -dekabrın 14 və 15-də (1 ABŞ dollarına görə 0,8720 manat) müəyyənləşdirilib.

11 dekabrda BEST-də $5,830 mln. (orta mübadilə məzənnəsi - 0,8721 AZN/USD), 12 dekabrda - $4,050 mln. (məzənnə - 0,8721 AZN/USD), 13 dekabrda - $4,6 mln. (məzənnə - 0,8721 AZN/USD), 14 dekabrda - $23,665 mln. (məzənnə - 0,8720 AZN/USD) və 15 dekabrda $5,740 mln. (məzənnə - 0,8720 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

4 dekabr

0,8723

11 dekabr

0,8721

5 dekabr

0,8723

12 dekabr

0,8721

6 dekabr

0,8722

13 dekabr

0,8721

7 dekabr

0,8723

14 dekabr

0,8720

8 dekabr

0,8722

15 dekabr

0,8720

Həftə ərzində orta

0,87226

Həftə ərzində orta

0,87206

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti demək olar ki, sabit olub. Ötən həftə özəlləşdirmə çekinin qiyməti 82 min köhnə manat (16,4 AZN) səviyyəsində olub, həftə sonunda isə 75 min köhnə manata (15 AZN) qədər düşüb.

Xəbər lenti

Xəbər lenti