...

2007-ci ildən etibarən Avropa komissiyası "Aqrar-kredit"in banka çevrilməsinə hazırlıq üzrə texniki yardım göstərməyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 19:36 (UTC +04:00)

2007-ci ilin əvvəlindən Avropa komissiyası "Aqrar-kredit" qeyri-bank kredit təşkilatının tam bank lisenziyası alması, gələcəkdə isə özəlləşdirmə üçün açıq olmasına hazırlıq üzrə ona texniki yardım göstərməyə başlayacaq. "Aqrar-kredit"dən Trend ə verilən xəbərə görə, AB ilə olan razılaşmaya görə "Aqrar-kredit"in özəlləşdirilməsinin ilkin qrafiki 2008-ci ilin sonunadək müəyyənləşdirilib. Lakin onun bank təşkilatına çevrilmə müddətləri müəyyən olunmayıb.

"Hazırda biz bank fəaliyyətinin bir çox istiqamətləri üzrə fəaliyyətimizi həyata keçiririk, lakin əmanət qəbul etmirik. Hazırlıq gedir və menecment hazırlanır. Həm də artıq onun bu istiqamətdə təcrübəsi var, lakin fəaliyyətin müasir tələblərə uyğun həyata keçirilməsi üçün menecment treninqlərdə iştirak edir", - deyə "Aqrar-kredit"dən bildirilib.

"Aqrar-kredit"ə texniki yardım Avropa komissiyasının regional inkişafın dəstəklənməsi üzrə layihəsi çərçivəsində göstəriləcək. Bu layihə 2006-cı ilin noyabr ayında reallaşdırılmağa başlayıb və 2 il müddətinə nəzərdə tutulub.

Avropa Birliyi 2003-cü ildən etibarən, onun artıq davamlı inkişaf layihəsi çərçivəsində yardımın göstərildiyi Aqrar kredit fondu ilə birləşməsindən sonra "Aqrar-kredit"ə dəstək göstərir. Bu, ekspertlər qrupu "Aqrar-kredit"ə birləşdikdən sonra keçirilib və onlar təlimat, qaydaların hazırlanması, treninqlərin keçirilməsində yardım ediblər. Layihə 2004-cü ilin may ayında başa çatıb, lakin AB-nin yardımı 2004-cü ilin sonunda başlamış ikinci layihə çərçivəsində 2005-ci ilə qədər davam etdirilib.

Avropa Birliyi həmçinin AYİB-lə danışıqlarda da dəstək göstərir. AYİB "Aqrar-kredit"in özəlləşdirmə prosesində 25%-ə qədər səhm vermək arzusundadır. Bununla əlaqədar hətta kredit təşkilatının Avropa bankının nümayəndələri ilə görüşləri də olub, lakin son qərarı hökümət verməlidir.

"2007-ci il üçün dövlət büdcəsi haqqında" Qanunun icrasının təsdiqi haqqında Prezident fərmanında Maliyyə Nazirliyinə Azərbaycan Milli Bankı ilə birgə iki ay ərzində institusional baxımdan aqrar sektorun maliyyələşdirilməsi və kreditləşdirilməsi üzrə fəaliyyət göstərən mexanizmlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması həvalə olunub. Bu təkliflərdə kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə bankın yaradılmasının təklif olunacağı istisna olunmur.

Xəbər lenti

Xəbər lenti