...

"Kasko Vest Servis" firması bayram üçün Bakının mərkəzini zibildən təmizləməyə söz verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:34 (UTC +04:00)

Son iki gün ərzində güclü qar yağıntısından "Kasko Vest Servis" firmasının maşınları zibil yeşiklərinə yaxınlaşa bilməyib. Bunun nəticəsində firmanın xidmət göstərdiyi Səbail rayonu ərazisindəki yaşayış evlərinin ətrafı məişət tullantıları ilə dolub.

Firmanın direktor müvini Vidadi Babayevin Trend ə bildirdiyinə görə, onlar hər birində 15 maşın olan reyslərin sayını iki dəfəyə qədər artırıblar və iki ehtiyat zibilyığan maşın əlavə ediblər. O bildirib: "Sabah axşam üçün biz bütün Sabil raoynu ərazisini zibildən təmizləyəcəyik".

Xəbər lenti

Xəbər lenti