İqtisadi araşdırmalar mərkəzi ABŞ Beynəlxalq inkişaf agentliyinin (USAİD) maliyyə yardımı ilə Azərbaycanda istehlak qiymətləri indeksinin hesablanması üzrə alternativ layihənin reallaşdırılmasına başlayıb. Trend in verdiyi xəbərə görə, bu barədə Qubad İbadoğlu bazar ertəsi mərkəzin təşkil etdiyi aparıcı müstəqil iqtisadçıların KİV nümayəndələri ilə görüşündə deyib.
Respublikada inflyasiyanın hesablanması ilə rəsmi olaraq Statistika Komitəsi məşğul olur. Onun sözlərinə görə, artıq respublikada qiymətlər monitorinqi başlayıb ki, bunun nəticələri kvartalın və yarımilin yekunları üzrə hökümətə və ictimaiyyətə elan olunacaq.
"Biz hesab edirik ki, bu, ölkə rəhbərliyinin məsuliyyətini artıracaq və əhali və biznes strukturları tərəfindən yerli-yerində qərarların qəbul olunmasında vacib olacaq" - deyə Q. İbadoğlu qeyd edib.
Dünya təcrübəsi hesabıyla qiymətlərin nizamlanması əsasən üç istiqamətdə aparılır. Söhbət enerji daşıyıcılarının qiymətindən gedir. Bir sıra ölkələrdə qiymətlərin nizamlanmasının birinci istiqaməti aksiz markalarının tətbiq olunması və vergi qoyuluşu vasitəsilə həyata keçirilir. Bu ölkələrdə qiymətlər qruplaşdırılır və tədqiqatların nəticələri göstərir ki, dizel yanacağının qiymət səviyyəsi 65 sentdən 120 sent arasında dəyişir. Qiymətlərin daha aşağı vergi qoyuluşu ilə nizamlandığı digər ölkələrdə qiymətlər 40-63 sent arasında dəyişir. Bu gün bu qrupa ABŞ aiddir ki, orada benzinin bir litri minimum 57 sentə, maksimum 62 sentə başa gəlir.
Azərbaycanda benzin və dizel yanacağının qiymətləri ABŞ-dakı qiymət səviyəsini ötür, indi güman etmək olar ki, ölkə Avropaya meyllənir.
Bir sıra ölkələrdə qiymətlər subsidiyalarla nizamlanır, Azərbaycan onların sırasındadır.
Layihə üzrə tədqiqat qrupuna Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Vəfa Mütəllimova başçılıq edir.
Vəfa Mütəllimovanın Trend ə verdiyi xəbərə görə, hesabatda ekspertlər qrupu Dövlət Statistika Komitəsinin qəbul etdiyi inflyasiya hesabı metodologiyasından uzaqlaşmaq niyyətində deyil, bu da istehlak qiymətlərinin indeksinin tutuşdurulmasını yüngüllləşdirəcək. Monitorinq il ərzində aparılacaq və proses yanvarın 1-dən müxtəlif bölgələrdə malların və xidmətlərin qiymətinin öyrənilməsi ilə başlayıb.