...

Səfir: Martın sonundan etibarən Riqa-Bakı hava əlaqəsi bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 15:18 (UTC +04:00)

Azərbaycanın Lativiyadakı səfiri Tofiq Zülfüqarov cümə axşamı eksklüziv olaraq Trend ə bildirib ki, martın sonundan etibarən Riqa-Bakı hava əlaqəsi bərpa ediləcək.

O bildirib ki, bu barədə ona "AirBaltic" şirkəti rəhbərliyi məlumat verib. Reyslər həftədə bir dəfə həyata keçiriləcək.

Bundan başqa, AZAL DK-dan Trend ə bildiriblər ki, "KD avia" Rusiya avişirkəti Dövlət Konserninə Bakı-Kalninqrad reysinin açılmasına dair ərizə ilə müraciət edib. Bu reysin mayda açılması düşünülür. DK-dan bildiriblər ki, hazırda Bakıda "YuTeyr" şirkəti reyslərinin açılması ilə bağlı məsələyə də baxılır.

Xəbər lenti

Xəbər lenti