...

Maliyyə naziri: "Elmin maliyyələşdirilməsini nəzərdə tutan konsepsiya üzərində iş aparılır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Elmin maliyyələşdirilməsini nəzərdə tutan konsepsiya üzərində iş aparılır. Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, yaxın günlərdə sənədin hazırlanması prosesi başa çatacaq və hökumətə təqdim olunacaq.

Nazir əlavə edib ki, elmin maliyyələşdirilməsini nəzərdə tutan sənəd qəbul edildikdən sonra bu sahədə ciddi irəliləyişlərə nail olmaq mümkün olacaq. "Son bir ildə Milli Elmlər Akademiyası işçilərininr maaşları 100 faiz artırılıb. Hesab edirəm ki, hazırda üzərində iş aparılan konsepsiya qəbul edildikdən sonra 2007-ci ildə bu sahədə irəliləyişlər əldə olunacaq. "

S.Şərifov vurğulayıb ki, dövlət büdcəsinin imkanları artdıqca kinoların çəkilməsinə ayrılan vəsait də artırılacaq.

Xəbər lenti

Xəbər lenti